Rusiyaya işləyən agentura şəbəkəsi ifşa edildi

Dünya
20:53 / 05.02.2021
2181
Ukraynanın hərbi kəşfiyyatının keçmiş əməkdaşlarının Rusiyaya işlədiyi məlum olub.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Şurasının məlumatında bildirilib.
Məlumatda qeyd olunub ki, ölkənin bir neçə bölgəsində fəaliyyət göstərən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin agentura şəbəkəsi ifşa olunub. Həmin şəbəkəsinə Ukrayna xüsusi təyinatlıları da daxil olub.
Bildirilir ki, "satqınlar” kəşfiyyat məlumatlarının əldə edilməsi, diversiya əməliyyatları, həmçinin dislokasiya, ordunun hərəkəti ilə bağlı məlumatlarının ötürülməsi kimi tapşırıqları icra ediblər. (Axara.az)