KİV: Pandemiyaya son qoymaq üçün 7 il vaxt lazım gələcək

KİV: Pandemiyaya son qoymaq üçün 7 il vaxt lazım gələcək
Koronavirus pandemiyasına son qoymaq üçün dünya əhalisinin 75 faizi peyvənd olunmalıdır. Hazırkı sürətlə bu iş 7 il vaxt aparacaq.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, hazırda dünyada orta hesabla gündə 4,5 milyondan artıq şəxs peyvənd olunur.

Hər kəsə iki doz peyvənd vurulduğu nəzərə alınsa, bu məsələ 7 ilədək vaxt aparacaq.

O cümlədən gündə 1,3 milyon nəfərin peyvənd olunduğu ABŞ-da həmin proses 11 ay davam edəcək. Bu məsələdə qabaqcıl ölkə olan İsraildə hər 100 nəfərə 58 doz düşür və əhalinin 21 faizi artıq peyvənd edilib. Həmçinin Birləşmiş Ərəb Əmirliklərində hər 100 nəfərə 35,8 doz dərman düşür. Bununla belə hələ də peyvənd işlərinin başlamadığı ölkələr də var.

Bütövlükdə peyvəndin ölkələr arasında bərabər bölüşdürülərək tədarük olunması bəşəriyyətin nə vaxtsa üzləşdiyi ən ciddi logistik məsələ olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...