Türk hərbiçilər müxtəlif yerlərdə təlimlərini davam etdirir - FOTO

Türk hərbiçilər müxtəlif yerlərdə təlimlərini davam etdirir - FOTO
Türkiyə Silahlı Qüvvələri döyüş hazırlığı və şəxsi heyətin peşəkarlığını gücləndirmək məqsədilə hazırda bir neçə təlim keçirir.

Sfera.az xəbər verir ki, Türkiyə hərbçiləri ölkənin Ağrı, Qars şəhərlərində, habelə Pakistanda təlimlər keçirlər.

Məlumata görə, Ağrıda yerləşən 1-ci Mexanikiləşdirilmiş Piyada Briqadası Komandanlığı tərəfindən "Döyüş səviyyələri təlimi”, "Minaatan təlimi”, həmçinin pusqu ilə dinləmə və kəşfiyyat ilə müşahidə fəaliyyəti icra edilib.

Eyni zamanda Qarsda Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən "Qış təlimi-2021" təlimləri davam edir. Təlimlərin növbəti mərhələsində bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları yerinə yetiriblər. Əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası və mühəndis döyüş sursatlarının tətbiq edilməsinə yönəldilib. Təlimlər fevral ayının 12-dək davam edəcək.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin bölmələri 1998-ci ildən ənənəvi olaraq keçirilən Pakistan ilə birgə təlimlərdə də iştirak edir. Pakistanda keçirilən hərbi təlimlərin məqsədi Pakistan və Türkiyə Silahlı Qüvvələrinin bölmələri arasında qarşılıqlı əməkdaşlıq və birgə işləmə qabiliyyətini inkişaf etdirməkdir. Mütəmadi keçirilən təlimlər Türkiyədə olduqda Pakistanın qurucusu Məhəmməd Əli Cinnahın adını, Pakistanda olduqda isə Atatürkün adını daşıyır. Təlimlər fevralın 20-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...