“Sən get hələ “sarı jiletlilər” məsələsini həll elə” – Ərdoğandan Makrona

“Sən get hələ “sarı jiletlilər” məsələsini həll elə” – Ərdoğandan Makrona
"ABŞ və ya Avropa İttifaqı nə deyir? Boğaziçi Universitetində olanları pisləyirlər. Buradan Amerikaya deyəcəyim sözlər var: seçkiqabağı və seçkidən sonra ABŞ-da baş verən olaylardan heç utanmırsınızmı? Oradakı hadisələrdə hamı bir-birini təhdid etdi, irqçilik pik nöqtəyə çatdı”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı Avropa İttifaqı ölkələrindən Fransa prezidenti Emmanuel Makronun Türkiyə ilə bağlı bəyanatlarına sərt reaksiya verib:

"Digər tərəfdən də Avropa İttifaqı ölkələrindən Makron danışır. Makron, sən get hələ "sarı jiletlilər" məsələsini həll elə. Hazırda bütün "sarı jiletli" vətəndaşların küçələrdədir. Sən hələ bunu həll elə. Mənim ölkəmdə indi elə problem yoxdur. Biz əmin-amanlıq içindəyik, rahatıq. Amma onlar bizim də sakitliyimizi pozmaq istəyirlər. Ana müxalifət də (Cümhuriyyət Xalq Partiyası – "Report”) bunun içindədir. Müxalifətin digər qolu, dağdan bəslənən HDP (Xalqların Demokratiyası Partiyası – "Report”) də bunun içindədir. Təəssüf ki, İYİ Partiyada bunun içindədir. Ancaq çaxnaşma sala bilməyəcəklər. Bunu bacarmayacaqlar”.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...