11 ərini öldürən “qara dul” ləqəbli qadın SAXLANILDI

11 ərini öldürən “qara dul” ləqəbli qadın SAXLANILDI

Rusiyanın Krasnodar diyarında dəhşətli silsilə cinayətlər törədən qadın saxlanılıb.

 

Sfera.az  xəbər verir ki, Krasnodar polisi adı açıqlanmayan 53 yaşlı qadının öz qızları ilə birlikdə 2013-2019-cu illərdə tənha kişilər taparaq onlarla nikaha girib, daha sonra isə öldürüb. Ümumilikdə, dul qadının nikaha girdiyi 11 kişini bu yolla öldürdüyü ortaya çıxıb.

Ər seçimi zamanı əsas kriteriya olaraq həmin kişilərin alkoqol aludəçisi olması, qohumları ilə gediş-gəlişinin olmaması əsas götürülüb.

 

Bəzi cinayətlərdə qadına daşınmaz əmlak biznesi ilə məşğul olan rəfiqəsi kömək edib və ona potensial qurbanlar barədə məlumat ötürüb.

Nikaha girən şəxslərin etibarını qazanan "qara dul” həmin şəxsin əmlakını qızlarının adına keçirməyə nail olduqdan sonra qısa müddətdə ərlərini zəhərləyərək əmlakına sahiblənirdi.

 

Krasnodar polisi 12 cinayət faktı və 11 ölüm hadisəsi ilə bağlı araşdırmaya başlayıb.

 

(modern.az)


OXŞAR XƏBƏRLƏR