Navalnı yenidən məhkəməyə gətirildi: Bu dəfə...

11:54 / 05.02.2021
969
Aleksey Navalnının
məhkəmə "macəraları" davam edir: əvvəllər iki il səkkiz ay həbs
cəzası alan müxalifətçi yeni məhkəməyə gətirilib.
Sfera.az-ın
verdiyi məlumata görə, Navalnı Babuşkinski məhkəməsinə məhbus daşıyan maşınla gətirilib.
Məhz həmin məhkəmədə böhtan işinə baxılacaq.
Bu işin
tarixçəsini xatırlayaq: 2020-ci ilin 2 iyununda Navalnı Telegram-dakı kanalı və
Twitter vasitəsilə bir videoçarx paylaşmışdı. Sözügedən videogörüntüdə Böyük Vətən
Müharibəsi veteranı İqnat Artyomenko Rusiya Konstitusiyasına edilən dəyişikliklərlə
bağlı fikrini bildirir.
İstintaq
orqanlarının məlumatına görə, Navalnı çarxın altından "veteranın şərəf və ləyaqətini
ləkələyən”, üstəlik həqiqətə uyğun olmayan şərhlər yazıb.
Navalnının özü
sözügedən məsələ ilə bağlı özünü günahkar hesab etməyib.
Mənbə:
Pravda.ru
Tərcümə:
SelcanSfera.az