“DQR” ordusu dağılmayacaq, yenidən təşkil olunacaq” – Poğosyan

“DQR” ordusu dağılmayacaq, yenidən təşkil olunacaq” – Poğosyan
Qondarma Dağlıq Qarabağ rejimi liderinin "mətbuat katibi” Vaqram Poğosyan Ermənistanın "Haykakan Jamanak” qəzetinə verdiyi açıqlamada "DQR müdafiə ordusu”nu (Ermənistan tərəfinin qondarma rejiminin qoşunlarına verdiyi ad – red.) köklü dəyişikliklərin gözlədiyini bildirib.

Sfera.az xəbər verir ki, Poğosyan ordunun ləğv edilməyəcəyini iddia edib:

"Müdafiə ordusu dağılmayacaq, yenidən təşkil olunacaq. Tez bir zamanda peşəkar bir orduya keçid etmək üçün addımlar atılır. Çağırışçılar üçün hərbi xidmət müddətinin yenidən nəzərdən keçirilməsi və azaldılması məsələsi nəzərdən keçirilir”.

"Jamanak” qəzetinin yazdığına görə, həmçinin Ermənistan Müdafiə Nazirliyində ordunun yenidən qurulması ilə bağlı paralel proseslər davam edir.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri, ölkənin üçüncü prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan "müdafiə ordusunun” yaxın gələcəkdə ləğv ediləcəyini bildirmişdi.
 
(qazet.az)

OXŞAR XƏBƏRLƏR