NATO rəhbəri Türkiyəni dəyərli müttəfiq adlandırdı

NATO rəhbəri Türkiyəni dəyərli müttəfiq adlandırdı
Yunanıstan və Türkiyə NATO-nun dəyərli müttəfiqləridir və alyansın rolu iki ölkə arasındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün platforma təşkil etməkdir.

Sfera.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İngiltərənin "Chatham House” analitik mərkəzinin təşkil etdiyi onlayn seminarda söyləyib.

Alyans başçısının sözlərinə görə, rəsmi Ankara və Afina arasında fikir ayrılıqlarının öhdəsindən "dürüst müzakirələrin" köməyi ilə gəlmək olar.

"Biz məhz bunu etdik, məsələn, söhbət Şərqi Aralıq dənizindəki vəziyyətdən gedirdi. Biz NATO-da münaqişənin həlli mexanizmini yarada bildik”.

"Bununla Şərq Aralıq dənizində Türkiyə və Yunanıstan gəmiləri, təyyarələri arasında hadisələr riski azalır", - o qeyd edib.

Stoltenberq vurğulayıb ki, gərginliyin azalması əhəmiyyətlidir, çünki bu, insan qurbanlarına gətirib çıxara biləcək hadisələrin qarşısını almağa kömək edəcək.

O, əlavə edib ki, NATO çərçivəsində münaqişələrin həlli mexanizmi həmçinin Yunanıstana və Türkiyəyə əsas fikir ayrılıqları üzrə ilkin danışıqları yenidən başlamağa kömək edib.

"Son həftələr və ya aylar ərzində, biz müttəfiqlərin məsələn, Şərqi Aralıq dənizində razılaşmadığı zaman da, NATO-nun düzgün istiqamətdə əhəmiyyətli rol oynadığını sübut edən bəzi vacib addımları gördük", - deyib. (Report)


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...