Manukyanın baş nazirliyi üzrə plan iflasa uğradı - Müxalifət Köçəryanı qabağa çəkir

Manukyanın baş nazirliyi üzrə plan iflasa uğradı - Müxalifət Köçəryanı qabağa çəkir
"Görünür, Ermənistanın "Vətənin xilası uğrunda" hərəkatına yeni nəfəs vermək istəyirlər. İndiki format özünü doğrultmadı və bunu ən azı... Robert Köçəryanın seçkilərdə iştirak etmək niyyətində olduğunu bəyan etməsi də təsdiqləyir”.

Sfera.az bildirir ki, bunu erməni siyasi eksperti Aşot Səfəryan deyib.

A.Səfəryan qeyd edib ki, Köçəryan müxalifət hərəkatına öz dəstəyini və rəğbətini gizlətməyib.

Digər erməni ekspert Norayr Dunamalyanın fikrincə, "Manukyanın baş nazirliyi üzrə plan iflasa uğrayıb və indi daha güclü şəxsin namizədliyi irəli sürülməlidir, məsələn Robert Köçəryanın,  bu, mövcud çağırışlara cavab olar və elektoral dəstəyin potensialını və indiki səviyyəsini itirməməyə imkan verərdi".

Politoloq Stepan Danielyan qeyd edir ki, hərəkata daxil olan qüvvələr arasında seçkilərdə Köçəryanı dəstəkləyəcək və onun siyasi dayağı olacaq partiyalar mütləq tapılacaq, lakin o, bu qüvvələrin adını çəkməyə risk etməyib. (Virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Prezident Ağdamda sakinlərlə görüşdü

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlər...

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...