Tarixi Tərəfdaşlıqdan Strateji Əməkdaşlığa - Türkiyə İndoneziya münasibətlərində yeni DÖNƏM

Tarixi Tərəfdaşlıqdan Strateji Əməkdaşlığa - Türkiyə İndoneziya münasibətlərində yeni DÖNƏM
Türkiyə və İndoneziya əlaqələrinin tarixi kökləri hələ XII əsrə dayanır.

Sfera.az xəbər verir ki, iki ölkə arasında əlaqələr və perspektivlər barədə Türkiyənin "Cümhuriyyət" qəzetində geniş məqalə yayımlanıb. Sözügedən materialı təqdim edirik:

Sosiologiya və iqtisadiyyatın öncüllərindən biri sayılan 14-cü əsr filosofu İbn Xəldun "Coğrafiya taledir” deyərək zaman aşımından kənar bir qərar verib. Şübhəsiz ki, bu taleyüklü dövrü ən çox dəyişdirən amil ticarət əlaqələrinin coğrafi baxımdan uzaq ölkələri əsrlər boyu bir-birinə yaxınlaşdırması idi. Sənaye inqilabından sonra inkişaf edən əlaqələrdəki surət hazırda dünyamızı qloballaşan bir əraziyə çevirib.

Son vaxtlar ölkəmizin maarifləndirmə qruplarının mədəni inkişafa əhəmiyyət verdikləri bir zamanda xarici dünya ilə əlaqələr və inkişaf baxımından dövrün tələblərindən bir qədər geri qaldığımız tez-tez müzakirə olunan bir həqiqətdir. Tarixi prosesi nəzərə alan Atatürk, ölkəmizin bu sahədə inkişafına ən azından mədəni inkişaf qədər əhəmiyyət vermiş, bu gün unudulan "Qara dəniz gəmisi" nin nümunəsində olduğu kimi, ölkədə ticarətin inkişafı üçün də əhəmiyyətli işlər görmüşdü.
 
2021-ci ildə bu məqalə, xüsusən Covid-19 prosesi ilə dəyişən parametrlər və paradiqmalarla demək olar ki, yenidən formalaşmış dünya oxunda mühüm fürsətlərin olduğu inamı ilə yazılıb. Daxili və xarici tarazlıqları bugünkü baxımdan nəzərə alsaq, danılmaz həqiqət budur ki, ölkəmiz iqtisadi inkişaf üçün istehsal etdiyi məhsulları təqdim edə biləcəyi böyük bazarlara ehtiyac duyur. Cənub-Şərqi Asiyanın ən böyük iqtisadi inkişaf istiqaməti və dünyanın inkişaf etməkdə olan bazar iqtisadiyyatlarından olan İndoneziya ilə XII yüzillikdən bəri böyük və strateji əhəmiyyətə malik əlaqələrimiz var. Ölkə həm də G20-nin əsas iqtisadi özüllərindən biridir və yeni sənayeləşmiş ölkə kimi təsnif edilir. Nominal (aşağı) ÜDM-ə görə İndoneziya dünyanın on altıncı, PPP ÜDM-ə görə yeddinci böyük iqtisadi mərkəzdir.

MƏDƏNİ VƏ TARİXİ ƏLAQƏLƏR

İndoneziya ilə Türkiyə arasındakı münasibətlər 12-ci əsrə təsüdüf edir. Bu dövrdə İndoneziyanı ziyarət edən türk-islam alimləri, İndoneziyada islamın yayılmasında mühüm rol oynayıblar. İndoneziya hazırda əhalisi ən çox olan müsəlman ölkəsidir. Osmanlı imperiyası ilə əlaqələr 16-cı əsrdə Aceh Sultanlığının Portuqaliyaya qarşı Malakkaya yardım istəməsinə cavab olaraq "Açe Kampaniyası" adı ilə ilə başladı.

Bundan sonra münasibətlərdə durğunluq dövrü olsa da, məzlum millətlərə nümunə olan Qurtuluş Döyüşümüz və baş komandan Mustafa Kamalın tarix səhnəsinə çıxması münasibətlərin inkişafını yenidən sürətləndirdi. Türk milli mübarizəsinin uğuru İndoneziyanın qurucu liderinin tərifi ilə desək "Asiya üçün azadlıq şəfəqinin başlanğıcı" idi.

Xüsusilə xilafətin ləğvindən sonra Türkiyəyə İndoneziya tərəfindən maraq artmış və İndoneziyanın ilk prezidenti Sukarno müasir Türkiyə və Atatürk haqqında çoxsaylı məqalə qələmə almışdı. Yazdığı bir məqalədə "Atatürk dünya tarixində çox böyük bir iş gördü” deyərək qurucu liderimizə verdiyi əhəmiyyəti göstərirdi. Türkiyə 29 dekabr 1949-cu ildə İndoneziya Respublikasını tanıyaraq, 1950-ci ildə diplomatik əlaqələr qurmağa başladı. Qeyd edək ki, Türkiyənin Cakartadakı səfirliyi 10 aprel 1957-ci ildə açılıb.

MÖVCUD ƏLAQƏLƏRİN İNKİŞAFI

Son illərdə dünya ticarətindəki tarazlığın təsiri ilə İndoneziya ilə ticarətdən əldə etdiyimiz gəlir artıb. Belə ki, 2001-ci ildə 235 milyon dollar gəlir əldə etmişdiksə bu rəqəm 2019-cu ildə 1,5 milyard dollaradək yüksəlib.

Əlavə olaraq, 2020-ci ilin son həftələrində və 2021-ci ilin ilk günlərində baş verənlər, ticarət, mədəni-siyasi diplomatiyanın davamlılığı həm də xalqların dostluğu prinsipinin altını çəkmək baxımından da əhəmiyyətlidir.

Türkiyə Respublikasının Xarici İşlər Naziri Mevlut Çavuşoğlu, 22 dekabr 2020 tarixində Cakarta ziyarətini reallaşdırdı və Türkiyə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (ITA-CEPA) imzaladı. İmzalanma mərasimində İndoneziyanın Xarici İşlər Naziri Marsudi "iki ölkə arasında ikitərəfli ticarəti artırma potensialını” vurğulayaraq iki ölkə üçün bunun əhəmiyyətini diqqətə çatdırdı.
 
Türkiyə İxracatçılar Məclisi də "2023-cü ildə gəliri 10 milyard dollara qaldırmalıyıq" deyərək bu prosesi dəstəkləyir.
 
Bundan əlavə, 27 dekabr 2020-ci ildə Türkiyədə yaşayan və işləyən səfir Lal Məhəmməd İqbal  İzmirə səfər edərək indoneziyalıların topladıqları yardımı zəlzələdən zərər çəkmiş şəxslərə şəxsən çatdırıb. Ölkəmizdə yaşayan indoneziyalı tələbələrin zəlzələnin ilk günlərindən etibarən axtarış və xilasetmə işlərində könüllü iştirak etməsi də tarixə yazılması lazım olan bir qeyddir.

Ekvator zonasında mussonların təsiri altında olan İndoneziya, "Sakit Okean Atəş Halqası" adlanan zəlzələ və vulkan zonasında yerləşir və dünyada təbii fəlakətlərdən ən çox təsirlənən ölkələrdən biridir. İlin əvvəlindən bəri ölkədə zəlzələ, daşqın, tufan və torpaq sürüşməsi nəticəsində həyatını itirən 145 nəfər və "Sriwijaya Air"-ə məxsus təyyaraədə baş verən qəza nəticəsinə həlak olanlarla bağlı Türkiyə toplumu sosial şəbəkələrdə aktiv paylaşımlar edərək, dəstək sərgiləyiblər.
 

Gözdə Dizdar

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAP) Prezident müşaviri
Asiya Pasifik Beynəlxalq Mərkəzi Demokratların sədr müavini (CAPDİ)
 
Sfera.az


 
 
 

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...