Aramsız yağışlar Almaniyada həyatı iflic etdi - VİDEO

Aramsız yağışlar Almaniyada həyatı iflic etdi - VİDEO
Almaniyada son günlər aramsız yağışlar və dağlardakı qarın əriməsi ilə daşan çaylar ölkədə həyatı iflic edib.

Sfera.az-ın məlumatına görə, ən acınacaqlı vəziyyət Reyn çayı sahilində yerləşən Köln, Bonn, Düsseldorf kimi böyük şəhərlərdə qeydə alınıb.

Avropanın ən uzun çayı olan və mənbəyini Alp dağlarından götürən çay sahilində yerəşən bu şəhərlərdə suyun səviyyəsi son üç gündə daha 3 metr qalxaraq 8,3 metrlik bir həddə çatıb. Nəticədə sahilə yaxın ev, iş yerləri, ticarət obyektləri, parklar su altında qalıb.

Çayın daşması xüsusilə Şimali Reyn Vestfaliya əyalətində nəqliyyatın hərəkətində problemlər yaradıb. Əhəmiyyətli qatar, tramvay və avtomobil yollarının su altında qalması şəhərlərin bir-biri ilə əlaqəsini kəsib. Avtobanlarda ucu-bucağı görünməyən tıxaclar meydana gəlib. Sahillər arasında bərə səfərləri limanların su altında qalması ilə həyata keçirilə bilməyib. Eyni zamanda Reyn çayında yük gəmilərinin hərəkəti məhdudlaşdırılıb.

Əyalət Daxili İşlər Nazirliyindən "Report”un Avropa bürosuna bildirilib ki, daşqın baş verən ərazilərdə son üç gündə on minlərlə yerli sakin evakuasiya edilib. Onlar bələdiyyələr tərəfindən məktəb və universitet binalarının idman zallarında yaradılan müvəqqəti sığınacağa yerləşdiriliblər. Eyni zamanda əyalət Fövqəladə Hallar Nazirliyi, yerli bələdiyyə və polis əməkdaşları ilə birlikdə çay sularının qarşısını almaq məqsədi ilə böyük şəhərlərdə süni bənd yaradıblar. Ancaq bu da yetərli olmayıb. Xüsusilə, Bonn şəhərində suyun səviyyəsi artaraq bulvar ərazisini keçib və Səudiyyə Ərəbistanı Səfirliyinin yerləşdiyi binaya qədər gəlib çıxıb. Nəticədə səfirlik işçiləri təhlükəsiz əraziyə evakuasiya ediliblər. Səfirliyə aid avtomobillər su altında qalıb.

Məlumat üçün bildirək ki, Almaniyada sonuncu belə təbii fəlakət, yəni çaylarda su səviyyəsinin 8 metrə qədər qalxması 1988-ci ildə qeydə alınıb.

(report)

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...