Dünyanın ən təhlükəli narkotikini Azərbaycana gətirən qadın həbs olundu - VİDEO

Dünyanın ən təhlükəli narkotikini Azərbaycana gətirən qadın həbs olundu - VİDEO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Sfera.az-a verilən xəbərə görə, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Dəmirova Elviyyə Rasim qızına məxsus çamadan və bağlama gömrük nəzarəti zamanı saxlanılıb.

Yoxlama zamanı çamadanın və bağlamanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən 5 ədəd şəffaf polietilen bükümdə gömrük nəzarətindən gizlədilən 977 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyi qutusunun içərisindən isə 98,800 qram narkotik vasitə - kokain, krem qutularının və çay paketinin içinə yerləşdirilmiş sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 76,206 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzai) maddəsi aşkar edilib.

Aparılan təxirəsalınmaz istintaq hərəkətləri ilə cinayətkar qrupun digər üzvləri Məmmədəliyeva Pərvanə Rüstəm qızı və Abdullayev Məhəmməd İlqar oğlu qeyd edilən narkotik vasitə və psixotrop maddəni təhvil alan zaman saxlanılıblar. Dəmirova Elviyyə Rasim qızı, Məmmədəliyeva Pərvanə Rüstəm qızı və Abdullayev Məhəmməd İlqar oğlunun qeyd edilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutulublar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və barələrində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, metamfetamin və MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir və onun təsiredici maddəsinin ümumi miqdarı 158,19 qramdır.
 

 

OXŞAR XƏBƏRLƏR

Mbappe xəstəlikdən arıqladı

Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe kəskin qastroenterit xəstəliyinə görə arıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. &n...

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Əraqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   Sfera.az xəbər verir ki, bunu İranın xarici işlər ...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...