Fərdi evlərin tikintisi üçün ipoteka kreditlərinə ehtiyac var - Açıqlama

Fərdi evlərin tikintisi üçün ipoteka kreditlərinə ehtiyac var - Açıqlama
Azərbaycanda fərdi evlərin tikintisi üçün güzəştli şərtlərlə ayrıca kreditin verilməsi təcrübəsi yoxdur.
 
Sfera.az bildirir ki, bəzi kredit təşkilatları ev tikintisi üçün kredit ayırır. Lakin bu cür kredit almaq üçün daşınmaz əmlakın girov qoyulması şərtdir. Bununla bərabər kredit üçün müraciət edilənə qədər təmir işlərinin 30%-i (tikilinin özülü və divarları) başa çatdırılmalıdır.  Kreditin maksimal məbləği isə girov qoyulan əmlakın dəyərinin 70%-dən artıq olmamalıdır.

Digər kredit təşkilatları, ələlxüsus da banklar isə tikinti yox, təmir üçün kredit ayırmağa üstünlük verirlər. Banklar hesab edir ki, tikintisinin 80 faizi başa çatmayan daşınmaz əmlaka kredit yönəltmək olduqca risklidir. Çünki ayrılan vəsaitlə tikintini hansısa ciddi şirkət deyil, şəxsin özü apardığından inşaat işlərinin proqnozlaşdırılan vaxtda və qaydada başa çatdırlması mümkün olmaya bilər. Buna görə də banklar bir qayda olaraq istifadədə olan və sənədi mövcud olan mənzillərə, daşınmaz əmlaka kredit ayırır.
 
Təcrübə göstərir ki, şəxsi mənzil tikintisi üçün güşəştli kredit almaq imkanlarının yaradılması olduqca əhəmiyyətlidir. İlk növbədə ona görə ki, ölkə əhalisinin böyük əksəriyyəti məhz fərdi tikililərdə məskunlaşmağa üstünlük verir.
 
Nəzərə almaq lazımdır ki, fərdi ərazidə yaşayış sahəsini inşaa etdirmək və ya genişləndirmək daha ucuz başa gəlir. Məsələn, 15-20 min manata ayrıca mənzil tapmaq qeyri-mümkündür. Hazırda paytaxtda binalarda bir otaqlı mənzillər 30-40 min manata təklif edilir. Amma fərdi torpaq sahəsində tikinti işi aparmaqla bu qədər vəsaitə 2-3 otaqlı yaşayış sahəsi inşaa etdirmək olar. Yaxud, mövcud yaşayış sahəsini 15-20 min manat sərf etməklə kifayət qədər genişləndirmək mümkündür. Məhz bu imkanlarla əlaqədar olaraq mənzilə ehtiyacı olanlar bir çox hallarda torpaq sahəsi alıb ev inşaa etməyə üstünlük verir.
"Banklar hazır, sənədləri qaydasında olan fərdi yaşayış evlərinin alınmasına ipoteka krediti ayırır. Amma ipoteka kreditləşməsi zamanı banklar daha çox çoxmənzilli binalardakı evlərin alqı-satqısına üstünlük verirlər. Fərdi evlərə də ipoteka kreditinin verilməsi təcrübəsi var. Bu zaman daşınmaz əmlakın və torpağın sənədləri qaydasında olması şərtdir”.
 
Bunu Sfera.az saytına açıqlamasında "Unipirice" Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru Ramil Qasımzadə bildirdi. R.Qasımzada hesab edir ki, fərdi yaşayış sahələrinin tikintisi üçün güzəştli şərtlərlə kredit verilməsi təcrübəsi öyrənilməlidir. Onun fikrincə fərdi ev tikiləcək torpaq sahəsini girov götürüb tikinti üçün kredit verilə bilər. Həmsöhbətimiz bunun üçün mexanizmin hazırlanmasının və vəsait ayrılmasının vacib olduğunu düşünür.
 
R.Qasımzadə zamanla bu kimi məsələlərin həllinin mümkün olduğunu da söylədi: "Əvvəllər banklar yalnız sovet dövründə inşa edilən mənzillərin ipoteka ilə alınmasına kredit ayırırdı. Çünki həmin mənzillərin sənədləri qaydasında idi. Hazırda isə köhnə mənzillərlə bərabər yeni mənzillərin də ipoteka yolu ilə alınmasına kredit verilir. Artıq yeni mənzillərin də sənədləşməsi qaydaya salınıb. Hələ də banklar kredit cəlb edib, sonradan tikinti aparılması təcrübəsinə ehtiyatlı yanaşır”.
 
Xatırladaq ki, bir neçə il əvvəl Həmkarlar İttifaqları Konfederasiyası, Nazirlər Kabineti və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanan Baş Kollektiv Sazişdə fərdi mənzillərin tikintisinə güzəştli kreditlərin ayrılması nəzərdə tutulurdu.

Vasif
 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

8-ci sinif şagirdi vəfat etdi- FOTO

Bərdədə məktəbli qız vəfat edib.   Sfera.az xəbər verir ki, rayonun Yeni Əyricə kənd orta məktəbinin 8-ci sinif şagirdi Fatimə Ağazadə ötən gün dünya...

10 həftəlik körpə dağdan 50 metr yuvarlanıb sağ qaldı

 Avstriyada Alp dağlarında yamacdan 50 metr aşağı yıxılan körpə uşaq arabasından düşərək sağ qalıb.   Sfera.az "Bild"ə istinadən xəbər...

BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib

Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur.   Baş Dövlət Yol...

"Birbank Biznes"in dəstəklədiyi "She’s Next" təşəbbüsünün qalibləri müəyyənləşdi

Qadın sahibkarlığının inkişafına yönələn “She’s Next Empowered by Visa” qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekun...

Bəzi rayonlara leysan yağdı

Saat 10:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakte...

ABŞ İranla buna görə danışıq aparmaq istəyir - BƏYANAT

İran parlamentinin üzvləri ABŞ-lə nüvə danışıqlarının bərpası üçün ilkin şərtlərin irəli sürülməsini tələb ediblər.    Sfera.az bu barədə &...