“Adi maskalar qorumur, həm də eynək taxmalıyıq” – Yeni növ virusla bağlı QORXUNC AÇIQLAMA

“Adi maskalar qorumur, həm də eynək taxmalıyıq” – Yeni növ virusla bağlı QORXUNC AÇIQLAMA
İtaliyalı mütəxəsssislər koronavirusun yeni növü olan B-117 virusuna qarşı adi tibbi masakaların effektiv olmayacağını bildirib.

Mütəxəssislər insanların yeni növ virusa qarşı FFP1 və FFP2 tipli maskalardan istifadəsinin zəruri olduğunu qeyd edib.

Yeni növ virusun Azərbaycana gəlməsi məsələsi isə şübhə doğurmayan məsələdir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı da məlumat vermişdi.

Maraqlıdır, hazırda istifadə etdiyimiz maskalardan yaxın aylarda imtina etməli olacağıq?
 
Məsələ ilə bağlı Sfera.az-a danışan Türkiyənin Biotexnologiya İnstitunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bundan sonrakı mərhələdə maska və eynəkdən istifadəyə xüsusi diqqət verilməsinin zəruliyini qeyd edib:

"Mutasiyadan alı olmayaraq çalışmalıyıq ki, daha yaxşı maskalardan istifadə edək. Mutasiya əslində virusun sonlanması ilə nəticələnməlidir, amma çox qəribədir ki, vəziyyət daha təhlükəli hal alır. Braziliyada, Cənubi Afrikada olan mutasiyalar xüsusilə daha çox öldürücülüyə malikdir. 
 
Virusun bədənə daxil olması ağız və gözdən olduğu üçün eynəklərdən istifadəyə və maskalara diqqət yetirilməlidir. İndi istifadə edilən adi və tibbi cərrahi maskalar yeni növ virusa qarşı davamlı deyil. Bu baxımdan deyildiyi kimi FFP1, FFP2 və qoruyuculuğu yüksək digər maskalardan istifadə olunsa yaxşıdır".
T.Məmmədov koronavirusa yoluxub sağalan insanların da yeni növ virusa yoluxacağı halda xəstəliyi ağır keçirə biləcəyini qeyd edib:

"Koronavirusdan sağalan insanlar da yeni növ virusa yoluxa bilir. Yəni, bu şəxslər də xəstəliyi ağır keçirə bilər. Bu baxımdan hamılıqla daha təkmilləşdirilmiş formada olan maskalardan istifadə etməliyik. Əlləri isə 20 saniyə ərzində sabunla yumaq mütləqdir. Çünki sabunda olan lipid virusun strukturunu pozur və ona görə də virus məhv olur".
 
Məlumat üçün qeyd edək adi tibbi cərrahi maskalardan fərqli olaraq FFP1 və FFP2 maskalarının qiyməti hazırda 1.90 azn və 2 azn civarındadır.

Sfera.az
Əzizə Zeynal
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...