Dünyanın ən yaraşıqlı kişisi evləndi – FOTO

Dünyanın ən yaraşıqlı kişisi evləndi – FOTO

 

Aktyor Kenan İmirzalıoğlu ilə aktrisa Sinem Kobalın Ayvalık Cunda adasında toyu olub.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, toya cütlüyün ailələri, yaxınları, dostları və tanınmışlar olmaqla 300 nəfər qatılıb.

Sinem Kobalın nikah şahidliyini vəfat edən xalası Gülay Derecinin həyat yoldaşı Erdal Dereci, Kenan İmirzalıoğlunun nikah şahidliyini isə Ahmet Sınav edib.

Cütlük nikahın kəsiləcəyi məkana Queen gitara introlu toy marşı ilə girib.

Daha sonra 28 yaşlı Sinem və 41 yaşlı  Kenan, Glykerianın "Ta tragoudia Mou” mahnısı ilə qonaqlar arasından bəy-gəlin masasına doğru addımlayıblar. Məşhur cütlük ilk rəqslərini isə "Fly to the Moon” adlı mahnıyla ediblər.

Qeyd edək ki, Kenan İmirzalıoğlu 1997-ci ildə "Best Model of Turkey” seçmələrinə qatılıb və 4000 nəfərin arasından ilk 20-yə seçilib, sonra isə  Türkiyə finalında birinci olub. Həmin il "Best Model of The World”ə qatılıb, ilk dəfə bir türk kişi "Best Model of The World”də birinci olub.

Sinem Kobal dörd yaşında Yıldız Alper balet məktəbində başladığı balet təhsilinə səkkiz il davam edib. Orta məktəb illərində oyanıdğı voleybol komandası ikinci yer və step üzrə birincilik qazanıb. İndi isə latın rəqsləri və aykido idman növü ilə məşğuldur. 


 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan Türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...