Türkiyədə tələbələrin etiraz aksiyalarına görə yenə saxlanılanlar var

Türkiyədə tələbələrin etiraz aksiyalarına görə yenə saxlanılanlar var
Ötən gün Kadıköydəki Boğaziçi Universitetindəki hadisələrə dəstək olmaq üçün təşkil edilən etiraz aksiyaları zamanı polislərlə vətəndaşlar arasında qarşıdurma yaranıb. Belə ki, qarşı tərəf hüquq-mühafizə orqanları əməkdaşlarına daş atıblar. 

Sfera.az xəbər verir ki, İstanbul polisinin məlumatına görə, sözügedən şəxslər polislərə mane olmaq üçün hücumlar edib, zibil qutularını dağıdıb və ətrafa ziyan vurub. Daş atan 8 şübhəlidən 5-i nəzarətə alınıb, 3-nün axtarışı hələ də davam edir.

1 fevralda Boğaziçi Universitetinin Cənubi Kampusunda və ətrafında saxlanılan 51 nəfər isə polis bölməsindəki prosedurlardan sonra Çağlayandaki İstanbul Ədalət Məhkəməsinə gətirilib.

Prokurorluqdakı ifadələri sona çatan şübhəlilərdən 30 nəfəri haqqında həbs, 12-si barədə ev dustaqlığı və 9-u barədə ölkədən çıxma qadağası qərarı verilib.

Qeyd edək ki, İstanbulun Boğaziçi Universitetinin bir sıra tələbələri və digər vətəndaşlar AKP siyasi partiyasının üzvü Prof. Dr. Melih Bulunun sözügedən ali təhsil müəssisəsinə rektor təyin edilməsinə qarşı artıq bir neçə gündür ki, etiraz aksiyaları keçirirlər.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...