Krasnoyarskda matəm elan edildi

Dünya
10:13 / 04.02.2021
727
Rusiyanın Krasnoyarsk şəhərində avtomobil anbarında baş verən yanğının söndürülməsi zamanı ölən 4 yanğınsöndürənin xatirəsinə Krasnoyarsk diyarında matəm elan edilib.
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı diyarın başçısı Aleksandr Ussun Mətbuat xidməti yayıb.
O, fevralın 5-ni yanğınsöndürənlərin xatirəsinə matəm elan edib.
Qeyd edək ki, fevralın 3-də Krasnoyarsk şəhərində avtomobil anbarında baş verən yanğın nəticəsində 4 yanğınsöndürən ölüb.