ÜST eksperti: "Virusun bazardan yayılmasına dair heç bir sübut yoxdur"

ÜST eksperti:
Koronavirusun Çinin Uhan şəhərindəki dəniz məhsulları bazarında yayılması üçün bütün şərait var, ancaq bu o demək deyil ki, virus məhz orada yaranıb.

Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti” agentliyinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadan olan qrupunun eksperti Vladimir Dedkov bildirib.

"Biz bazarda olduq. Mən Çinin bir çox sanitar qaydaları ilə tanış deyiləm, amma buna baxaraq, bizim qanunvericiliyimizə ekstrapolyasiya edərək, əlbəttə, bazar müasirlikdən olduqca uzaqdır. Bunun orada olması fakt deyil, virusun məhz orda olmasına dair heç bir sübut yoxdur, virus bəlkə başqa yerdə ortaya çıxıb, amma virusun orada yayılması üçün bütün hipotetik (fərziyəyə əsaslanan-red) şərtlər var", - Dedkov deyib.

Ekspert qeyd edib ki, bazar artıq ticarət üçün işlək deyil, o indi bağlanıb, sökülmə işləri aparılır, ancaq indi belə nəticə çıxarmaq olar.

"Hər şey çox darıxdırıcıdır, kiçik bazar, hər şey sıxdır. Təbii ki, orada istənilən hər şey ola bilərdi. Nə vaxt ki, sanitar normalara riayət edilmir, istənilən infeksiyanın yayılması üçün bütün şərait var. Virusun yayılmasına bu gətirib çıxardı, ya yox, biz bunu bilmirik, görünür ki, tamamilə ola bilərdi. Orada infeksiyanın yayılması üçün bütün şərait var”, - ekspert vurğulayıb.

Uhanın tərəvəz, dəniz məhsulları və hətta vəhşi heyvanların ətinin satıldığı "Huanan” bazarı 1 yanvar 2020-ci ildə naməlum xəstəliyin epidemiyası ilə əlaqədar epidemioloji araşdırmaya səbəb olduğu zaman bağlanıb. Xəstəliyə ilk yoluxanlar məhz bu bazarda işləyiblər. Ancaq alimlər indiyə qədər məhz bazarın virusun yayılmasında rolu haqqında birmənalı nəticəyə gəlməyiblər.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspertlər qrupu Çindədir. Onlar COVID-19 mənşəyinin müəyyənləşdirilməsi ilə məşğul olurlar. Mütəxəssislər Çin Uhanına yanvarın 14-də gəliblər, sonra icbari 14 günlük karantinə yerləşdiriliblər. Karantin 29 yanvarda qurtarıb və ekspertlər işə başlayıblar.

Qeyd edək ki, daha əvvəl bir sıra ölkələrin rəsmiləri, o cümlədən ABŞ-ın sabiq prezidenti Donald Tramp, keçmiş dövlət katibi Mayk Pompeo da Çin hakimiyyətinin koronavirusun Uhan bazarından yayılması barədə açıqlamalarına şübhə ilə yanaşdıqlarını, COVID-19-un laboratoriyadan qəsdən sızdırıldığını iddia ediblər.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...