Sabah Klublararası dünya çempionatına start veriləcək

Sabah Klublararası dünya çempionatına start veriləcək
Sabah Qətərdə FIFA Klublararası dünya çempionatına start veriləcək.

Sfera.az pandemiya şəraitində keçirilən builki yarış bir sıra özəllikləri ilə seçilir.

"Hürriyyət"in yaydığı məlumata əsasən, yarışmanın öncə 2020-ci ilin dekabr ayında təşkil olunması planlaşdırılsa da, koronavirus səbəbindən tədbir təxirə salınıb və onun 1-11 fevral 2021-ci il tarixlərində keçirilməsi qərara alınıb. Lakin pandemiya FIFA-nı öz planlarını yenidən dəyişməyə məcbur edib.

Belə ki, əvvəlcədən nəzərdə tutulan plana əsasən, çempionatın açılış matçı fevralın 1-nə təsadüf etməli və Yeni Zelandiyanın "Ouklend Siti” komandasıyla yerli "Əl Duhail” üz-üzə gəlməli idi. Lakin birincilərin koronavirus pandemiyası səbəbindən turnirdə iştirakdan imtina etməsindən sonra Qətər komandası birbaşa ikinci tura yüksəlib və yarışmanın açılış matçı fevralın 4-nə keçirlib.

Beləliklə, Klublararası dünya çempionatı məhz sabah Meksikanın "Tigres” və Cənubi Koreyanın "Ulsan Hyundai” kollektivləri arasında keçiriləcək matçla start götürəcək.

İki komanda "Əhməd Bin Əli” stadionunda qarşılaşacaq. Günün ikinci matçı isə ikinci tur çərçivəsində keçiriləcək. Qətərin "Əl Duhail” və Misirin "Əl Əhli” klubları "Edukeyşn Siti” stadionunda üz-üzə gələcək.

"Tigres” - "Ulsan Hyundai” matçının qalibi fevralın 7-də keçiriləcək yarımfinalda Braziliya təmsilçisi "Palmeyras” ilə mübarizə aparacaq.

İkinci cütlüyün qalibi isə fevralın 8-də Çempionlar Liqasının qalibi "Bavariya” ilə finala çıxmaq uğrunda yarışacaq.

Turnirin final və üçüncü yer uğrunda görüşləri fevralın 11-də keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

ATU-nun müəllimi vəfat etdi

Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda ATU-nun sosial şəbəkə hesablarında məlumat paylaşılıb....

Bakını təhqir edən nadan, mədəniyyətsiz AŞPA prezidenti... - XİN-dən sərt cavab

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun Alpha News qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları...

Donald Tramp Meksikanın Texas fermerlərindən su oğurladığını bildirib

ABŞ prezidenti Meksikanın Texasa 1,3 milyon akr-fut su borcu olduğunu və 1944-cü il Su Müqaviləsi ilə bağlı öhdəlikləri yerinə yetirmədiyi təqdirdə tariflər və ...

Adada köhnə boruları yoxlayarkən təsadüfən 17-ci əsrə aid pirat yuvası aşkar edilib - Foto

Aralıq dənizində uzun müddət yaşayış olmadığı hesab edilən Kolumbretes adalarında (İspaniya) qoruq işçiləri 16-17-ci əsrlərdə pirat bazasının mövcudluğunu göstə...

Niyə kişilər hündürdaban ayaqqabı geyinməyi dayandırdılar? - FOTO

Kişilərə hündürdaban ayaqqabı geyinməsini yaraşmaz hesab edirsiniz? O zaman keçmişə bir az daha yaxından baxmaq lazımdır. Çünki moda güclü yaddaşa malikdir və k...

Nazir onu müavin təyin etdi

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.   Sfera.az xəbər verir ki, bununla bağlı ə...