Oğlu Ronaldonun qoluna belə sevindi - VİDEO

22:06 / 03.02.2021
2535
İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun oğlu atasının ölkə kubokunun yarımfinalında "İnter"ə vurduğu qollara emosional şəkildə reaksiya verib.
Sfera.az xəbər verir ki, kiçik Kriştianu Ronaldu xüsusilə 2-ci qolda sevincindən özünü yerə atıb.
Videonu portuqaliyalı hücumçunun sevgilisi Corcina Rodriges sosial şəbəkə hesabından paylaşıb.
Qeyd edək ki, Ronaldunun dublu "Yuventus"a 2:1 hesablı qələbə qazandırıb.