“İrana hərbi müdaxilə etməliyik, yoxsa...” – Bölgədə təhlükəli durum

“İrana hərbi müdaxilə etməliyik, yoxsa...” – Bölgədə təhlükəli durum
İsrailin infrastruktur naziri Tsaxi Haneqbi İranın nüvə proqramının təhlükəli bir həddə çatdığını deyib.

Sfera.az xəbər verir ki, nazir İranın təhlükəli addımlarına qarşı adekvat cavabın veriləcəyini bildirib.

Haneqbi İranın son günlərdə Natanz və Fordo nüvə müəssisələrində inkişaf etmiş yeni sentrifuqalar işə saldığını bildirib.

Onun sözlərinə görə, İsrailin İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün bu ölkəyə hərbi müdaxilə etməkdən başqa yolu qalmayıb: "İsrail üçün aydındır ki, ABŞ heç vaxt İran İslam Respublikasına qarşı hücuma keçməyəcək. Elə buna görə də hesab edirəm ki, biz artıq özümüz təkbaşına hərəkətə keçməliyik”.

Tsaxi Haneqbi qeyd edib ki, İsrail artıq İranın nüvə silahına yiyələnməsi ilə barışıb-barışmayacağı ilə bağlı qərar verməlidir: "Hesab edirəm ki, İsrailin bu təhlükəni aradan qaldırmaq üçün təkbaşına hərəkətə keçməkdən başqa çıxış yolu olmayacaq. Ümid edirəm ki, İsrail rəhbərliyi nüvə silahına sahib olan bir İranı qəbul etməyəcək”. (Teleqraf)

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...