Artur Rasizadə Gürcüstan prezidenti ilə görüşdü – YENİLƏNİB + FOTO

Artur Rasizadə Gürcüstan prezidenti ilə görüşdü – YENİLƏNİB + FOTO

 

Gürcüstanda səfərdə olan Azərbaycanın Baş naziri Artur Rasizadə bu ölkənin prezidenti Giorgi Margvelaşvili ilə görüşüb.

Oxu.Az xəbər verir ki, geniş formatda keçirilən görüşdə tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər.

Qərb-Şərq enerji dəhlizindən danışan Margvelaşvili və Rasizadə qeyd ediblər ki, 20 il əvvəl Azərbaycan və Gürcüstan arasında Bakı-Supsa kəmərinin çəkilişi hər iki ölkənin inkişafına xidmət edib.

Görüşdə Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev, energetika naziri Natiq Əliyev, Gürcüstan tərəfdən bu ölkənin Milli Təhlükəsizlik Katibi İrina İmerlişvili, iqtisadi məsələlər üzrə müşavirMaya Melikidze, gürcü prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Tengiz Pxaladze iştirak ediblər.

11:51

Azərbaycanın baş naziri Artur Rasizadə Gürcüstana səfərə gedib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Artur Rasizadəni Tiflis hava limanında Gürcüstanın energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıb.

Daha sonra Azərbaycanın baş naziri ilə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili arasında görüş başlayıb.

Artur Rəsizadə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə də görüşəcək.

Bu gün Azərbaycanın baş nazirinin Tiflisdə keçirilən Şərq-qərb enerji dəhlizinin 20 illiyinə həsr olunan toplantıda iştirakı və çıxışı gözlənilir.

 

 

OXŞAR XƏBƏRLƏR

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...