"Hər şey daxil"də növbəti biabırçılıq - Əkizlər bu dəfə də ... / VİDEO

"Xəzər" telekanalının ən reytinqli səhər verilişi olan "Hər şey daxil"də növbəti xoşagəlməz hadisə yaşanıb. BiG.AZ xəbər verir ki, verilişin aparıcıları rus dilində danışıblar. Artıq neçənci dəfədir ki, efirdə rus dilində sözlər, cümlələr işlədən aparıcı xanımlar ədəbi dil normalarını pozurlar. 

Məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov isə BiG.AZ-a açıqlamasında bildirib ki, bu elə də ciddi qanun pozuntusu sayılmır: 

"Efirdə verilişin məzmunundan, sujet xəttindən kənara çıxdıqda, tamaşaçıların qarşısında rus dilində danışmaq ciddi qanun pozuntusu sayılmır. Azərbaycan reallıqları da var ki, bizim leksikonumuza türk, rus dilindən ifadələr keçib. Aparıcılarımız istəməyərəkdən xarici dillərdə, daha çox rus dilində sözlər işlədir. Təkcə rus dilində deyil, türk, ingilis dilində də efirdə cümlələr işlədirlər. Bunlar xırda məsələlərdir. Amma elə hallar olur ki, verilişdə rus dilində sözlər lap çox işlənir. Belə hallar kütləvi şəkil halanda müdaxilə edirik, monitorinqlər aparılır. Amma tək-tək hallarda ciddi nöqsan hesab olunmur".

MTRŞ rəsmisi qeyd edib ki, əminik ki, aparıcılar bunu məqsədyönlü şəkildə etmir.

"Yenə də bütün aparıcılar efirdə Azərbaycan dilində danışmağa borcludur. Xırda çatışmazlıqlar olanda biz bunu anlayışla qarşılayırıq. Amma tövsiyə edirik ki, maksimum çalışıb efirdə Azərbayan dilində danışsınlar".

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...