İrəvanda aksiyalar keçirilir: 10-a yaxın şəxs saxlanıldı

Dünya
13:25 / 03.02.2021
1157
İrəvanda Ermənistan parlamenti qarşısında davam edən etiraz aksiyasında 10-a yaxın şəxs polis tərəfindən saxlanılıb.
Sfera.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar "Satqın Nikol", "Satqın polis" şüarları səsləndirib.
Son məlumatlara əsasən, polis 8 nəfəri bölməyə aparıb.
Eyni zamanda etirazçıların Yerevanın mərkəzindəki Respublika meydanına yürüş etdiyi deyilir.