Səlim Müslümovun həbs edildiyi TƏSDİQLƏNDİ

11:39 / 03.02.2021
2658
Dünən Sfera.az keçmiş sosial müdafiə naziri Səlim Müslümovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər yaymışdı.
Belə ki, DTX-nın keçmiş məmuru ciddi korrupsiya faktları ilə saxladığı bildirilirdi. Məlumata görə, onun çalışdığı dövrdə 2 milyard manatdan çox dövlət vəsaiti DSMF-dən yoxa çıxıb.
Həbs xəbərini artıq rəsmi mənbələr Sfera.az-a təsdiqləyiblər.
Səlim Müslümov 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən vəzifəsindən azad edilmişdi.