Canni De Byazi Türkiyəyə iki futbolçu üçün getdi

Canni De Byazi Türkiyəyə iki futbolçu üçün getdi
Canni de Byazinin Türkiyənin Antalya şəhərinə səfəri sırf iki futbolçu - Kamran Əliyev və Anatoli Nuriyevlə bağlıdır.

Sfera.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə məlumat verib. O bildirib ki, italiyalı mütəxəssis qardaş ölkəyə köməkçiləri ilə birgə yox, tək yollanıb.

Həsənzadənin sözlərinə görə, AFFA-nın xaricdə oynayan azərbaycanlı futbolçularla bağlı siyahısı geniş olsa da, hamısı ilə danışıqlar aparılmayıb: "Kiminlə danışıq aparılmasına və yığmaya cəlb edilməsinə baş məşqçi qərar verəcək. Bu cür yanaşma da bir az məntiqsizdir ki, harada azərbaycanlı varsa, hamısını buraya gətirək. Bu, artıqdır, çünki kifayət qədər keyfiyyətli yerli futbolçumuz da var. Hələlik Kamran Əliyev və Anatoli Nuriyevlə məşğuldurlar".

Qeyd edək ki, Kamran Əliyev Rusiyanın "Ximki", Anatoli Nuriyev isə Ukraynanın "Minay" klubunda oynayır. Əliyev hücumçu, Nuriyev isə hücumameylli yarımmüdafiəçidir.

OXŞAR XƏBƏRLƏR

Vergi ödəyicilərinin sayı 800 mini keçdi - RƏQƏMLƏR

"Ən son məlumata görə 2025-ci ilin 1 aprel tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəlindən bəri 0,3% artaraq 809,2 minə çatıb. Bu faiz ifadəsində ...

Mərkəzi Bank bu qurumu cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-ni və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəl...

"Trampın tarifləri Azərbaycan üçün yeni fürsətlər yaradacaq" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə beynəlxalq ticarət münasibətlərində ciddi dəyişikliklər baş verib. Tramp administrasiyası bir sıra ölkələrə, ...

Daha bir müğənninin səhnədə ürəyi dayandı

Ötən gecə Türkiyənin Aydın şəhərində məkanlardan birində səhnə alan müğənni Mehmet Gündoğdu səhnədə infarkt keçirib.   Sfera.az Türkiyə mətbuatına is...

İsa peyğəmbərin dəfn olunduğu bağ tapıldı

İtaliyanın “Sapienza” Universitetindən bir qrup arxeoloq Qüdsdə araşdırma apararaq İsa peyğəmbərin dəfn olunduğu bağı aşkara çıxarıblar. &...

Zaqatalada itkin düşən hindistanlının qalıqları ilə bağlı xəbər var

"Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir".    Sf...