Ermənilər yalançı mina xəritələri də təqdim edə bilərlər – Hərbi ekspert

Ermənilər yalançı mina xəritələri də təqdim edə bilərlər – Hərbi ekspert
Hər bir hərbi əməliyyatda onun sona çatmasından sonra işğalçı tərəf qonşusunun zəbt etdiyi torpaqlarından çıxanda orada yerləşdirdiyi mina xəritəsini təqdim edilməlidir.

Bu hərb qaydalarında öz əksini tapır. Lakin 4 ay müddətinə yaxındır ki, Qarabağda hərbi əməliyyatlar bitib, lakin erməni tərəfi Azərbaycana bu xəritələri təqdim etməkdən boyun qaçırır.
 
Bəs, buna səbəb nədir?

Sfera.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev açıqlamasında bunun erməni ordusunda olan intizamsızlığın səbəb olduğunu düşünür.

"Biz ermənilərdən indiyə qədər müsbət hərəkət görməmişik. Sadəcə, onlar dəmir yumruq başlarına dəydikdən sonra, bəzi ərazilərdən geri çəkilməyə məcbur oldular. Onların mina sahələrinin xəritələrini bizə verməməklərinin əsas səbəbi, odularında olan nizam-intizamsızlıqdır.

Çünki bu cür xəritələr hər bir orduda olmalıdır. Görünür ki, onlarda minalar plansız şəkildə düzülüb və bunların heç biri də sənədləşdirilməyib”, - deyə o, bildirib.

Ekspert həmçinin qarşı tərəfin bunu qəsdən etdiyi barədə versiyası olduğunu da deyib. 
 
"İkinci səbəb kimi  isə bunun qəsdən edildiyi qənaətinə gələ bilərik. Ola bilsin bəzi ərazilərin mina xəritələri var, lakin onlar bunu təqdim etməkdən imtina edirlər. Çünki bu onların xislətinə uyğundur.

Hansısa insan itkilərinin qarşısını almaq üçün xəritləri verməkdənsə, onlar bunun əksini edir. Bizim insanlarımızın həlak olması onlar üçün bir əhəmiyyət kəsb etmir. Onlar hətta yanlış xəritələr də təqdim edə bilərlər, çünki xislətlərində faşizim var”.

Ədalət Verdiyev mina təmizləmə işlərini həyata keçirən insanların daha diqqətli olmalarını tövsiyyə edib:
 
"Onların məsuliyyəti çox böyükdür. Vətəndaşlarımızın da o bölgələrə rəsmi icazəsi olmadan getməsi məqsədəuyğun deyil”.

Sonda ekspert Azərbaycan xalqının ermənilərdən indiyə qədər humanitar məqsədli müsbət bir addım görmədiyini vurğulayaraq, bundan sonra da onlardan belə bir jestin gələcəyinə inanmadığını deyib. (Bizim.Media)

OXŞAR XƏBƏRLƏR

Neandertallar 270 min il əvvəl atəşi mənimsəmiş ola bilərlər - Alimlərdən yeni TƏDQİQAT

Fransanın cənub-şərqindəki "Aurinyak 3" mağarasında Avropada qədim insanların oddan idarə olunan istifadəsinə dair ilkin birbaşa sübutlar tapılıb. &n...

Nazir: "Son qərar sabah və ya yaxın günlərdə veriləcək"

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “AZAL”a məxsus “Embraer” təyyarəsinin qara qutuları aşkarlanıb.   Sfera...

11 gün yuxusuz: Adi məktəb təcrübəsi bir yeniyetmənin həyatını necə dəyişdi

1964-cü ildə Kaliforniya ştatının San Dieqo şəhərindən (ABŞ) 17 yaşlı Rendi Qardner ən uzun oyaqlıq müddətinə - 264 saat 25 dəqiqəyə görə dünya rekordu qırıb. K...

Təyyarə qəzasında sağ qalanların YENİ SİYAHISI

İctimai fəal Haldun Novruzzadə Qazaxıatanın Aktau şəhərində baş verən təyyarə qəzası zamanı sağ qalanların yeni siyahısını paylaşıb.   Sfer...

Azərbaycan futzalında AĞIR İTKİ

Azərbaycan futzalında ağır itki baş verib.   Sfera.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.   Belə ki, vet...

Rusiya gəmisi İspaniya sahillərində batıb: Qiymətli yük və ekipajın bir hissəsi itkin düşüb

Vladivostoka nüvə buzqıran gəmisi üçün lyuklar daşıyan Rusiyanın “Ursa Major” yük gəmisi İspaniya sahillərində batıb. Bu barədə “X” sosi...