Hulusi Akar Almaniyada danışıqlar aparır

Dünya
18:59 / 02.02.2021
1629
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Almaniyaya rəsmi səfər edib.
Sfera.az xəbər verir ki, nazir həmkarı Anneqret Kramp Karrenbauerlə görüş keçirib.
Akar bildirib ki, görüşdə həm iki ölkə, həm də NATO və Avropa İttifaqı çərçivəsində təhlükəsizlik, müdafiə məsələləri başda olmaqla, bir sıra mövzuları müzakirə ediblər.
Almaniyalı nazir NATO çərçivəsində çox əhəmiyyətli müzakirələrin aparıldığını vurğulayıb