Koronavirusun daha öldürücü yeni mutasiyası – Azərbaycan üçün təhlükə varmı?

Koronavirusun daha öldürücü yeni mutasiyası – Azərbaycan üçün təhlükə varmı?
"Koronavirusun minlərlə mutasiyası var, lakin üç növ var ki, onlar xəstəliyi daha da ağır keçirməyə səbəb olur”.

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev bildirib. Həkimin sözlərinə görə koronavirusun yeni mutasiyası daha çox yoluxdurucu olduğu üçün ağırlaşmaların artdığını görəcəyik:

"B-117 mutasiyasının İngiltərədə aşkarlanmasının səbəbi ölkədə virusların genom analizinin çox aparılmasıdır. Belə ki, İngiltərə bu siyahıda birinci yerdə dayanır. Bugünkü tarixə qədər kornavirusla bağlı Böyük Britaniyada 140 minə yaxın genom analizi aparılıb. Ola bilsin ki, başqa ölkələrdə bu virus İngiltərədən qabaq olub, amma sırf analizlərə görə ilk aşkarlanma yeri kimi Britaniya götürülür.
 
Bundan başqa Cənubi Afrikada B-351 koronaviurusun mutasiyası və son vaxtlarda Braziliyada P-1 və P-2 mutasiyası aşkar edilib. Əslində, viruslar nə qədər çox sayda insandan-insana keçib, bölünüb çoxalırsa o qədər çox mutasiyalar olur. Bəlkə də koronavirusun indiyədək minlərlə mutasiyası olub. Xəstəliyin ağır keçməsində rol oynayan mutasiyalar isə bu sadaladığım üç növdür. Biz nə qədər yaxşı qorunsaq və virusun insandan-insana keçməsi say etibarilə azalarsa, yeni mutasiyalara da az rast gələrik.
 
Bildiyimiz kimi yeni mutasiyalar uşaqlarda, yeniyetmələrdə də xəstəlik formasında təzahür edir. Yeni növ virus təbii proses sayəsində sanki bir az daha təsirli olmağa başlayıb. Bəzi alimlər bildirir ki, uşaqlarda yoluxma halı artsa da ölüm halında artım müşahidə olunmayıb. Lakin bu düzgün yanaşma deyil. Çünki B-117 mutasiyanın yoluxulucuğu koronavirusadan daha çoxdur və təbii ki, uşaqların daha çox virusa yoluxduğunu və ümumən toplumda ağırlaşmaların say etibarilə artdığını görəcəyik. Bununla da müvafiq olaraq ölüm ehtimalı daha çox olur. Ölkədə vaksinasiya hələ yeni başlayıb, kollektiv immunitet formalaşmayıb. Bu baxımdan maksimum diqqətli olmalıyıq ki, cari vəziyyət daha da ağırlaşmasın”.   

Sfera.az
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...