Peyvəndin də saxtasını satırlar - 80 nəfər həbs olundu

Peyvəndin də saxtasını satırlar - 80 nəfər həbs olundu
Çində saxta koronavirus peyvəndi satmaqda şübhəli bilinən 80-dən çox şəxs həbs edilib.
 
Sfera.az xəbər verir ki, bu barədə Çinin xəbər agentlikləri məlumat yayıb. 

Məlumata görə, polisin həyata keçirdiyi əməliyyat zamanı 3000 dozadan çox saxta dərman ələ keçirilib. Şübhəlilərin keçən ilin sentyabr ayından etibarən saxta peyvənd satdıqları məlum olub. Belə ki, onlar şprisləri adi salin məhlulu ilə dolduraraq vaksin adı altında yüksək qiymətə satırlarmış.

"Global Times” qəzeti isə yazır ki, bu cür satıcıların saxta peyvəndləri xaricə göndərmiş ola biləcəyi istisna edilmir. 
 
Ülvi
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR