Paşinyan Rusiyadakı səfiri dəyişməyi planlaşdırır

Paşinyan Rusiyadakı səfiri dəyişməyi planlaşdırır
Ermənistan səfirlərinin siyasi təyinatları ABŞ və Ukraynadakı diplomatik nümayəndəliklərin rəhbərlərini Lilit Makunts və Vladimir Karapetyanla əvəzləməklə məhdudlaşmayacaq.

Sfera.az  xəbər verir ki, bu barədə "Past” qəzeti öz mənbələrinə istinadən məlumat verib.

"Düzdür, Makuntsa gəlincə, həm diplomatik, həm siyasi dairələr, həm də ABŞ-dakı erməni lobbi təşkilatları onun namizədliyinin əleyhinə çıxış etdilər və bu məsələnin necə həll ediləcəyi hələ bəlli deyil. Lakin Nikol Paşinyan "cib” kadrlarının təyin edilməsi prosesini davam etdirmək niyyətindədir”, - deyə nəşr yazır.

Qəzetin məlumatına görə, kadr dəyişikliyi prosesində növbədə Ermənistanın Rusiyadakı səfiri dayanır. Nəşrin mənbələrində kimin təyin ediləcəyi dəqiq göstərilməyib, lakin Paşinyanın Ermənistan səfirini siyasi fiqurla əvəzləməkdə qərarlı olduğu iddia edilir.

Ermənistan mətbuatında keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyanın Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin oluna biləcəyi barədə məlumatlar yayılıb.

Ermənistan Xarici İşlər Nazirliyi isə səfirlərin təyin edilməsi və ya geri çağırılması ilə bağlı müvafiq prezident sərəncamı olmayana qədər bu məlumatları şərh etmədiklərini bildirib.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...