“Artsax Müdafiə Ordusu yaxın zamanda ləğv ediləcək” - SENSASIYALI AÇIQLAMA

“Artsax Müdafiə Ordusu yaxın zamanda ləğv ediləcək” -  SENSASIYALI AÇIQLAMA
Ermənistan mediası və Telegram kanalları sensasion bir məlumat yayıblar. Məlumatda iddia olunur ki, Qarabağdakı erməni silahlı birləşmələri yaxın zamanda tərkisilah ediləcək. Xəbərin qaynağı kimi Ermənistanın Vatikandakı keçmiş səfir, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan göstərilir.

Sfera.az xəbər verir ki,Minasyan deyib ki, Nikol Paşinyan və Vaqarşak Arutyunyan artıq buna razılıqlarını veriblər. "Artsax milisinin, ya da Artsax qvardiyasının və ya daxili polisin adının verilməsinin fərqi yoxdur, problem ondadır ki, Artsax artıq təhlükəsizliyini təmin edə bilməyəcək".

Qondarma rejimin adından bölgədə yerləşdirilmiş silahlıların Ermənistana bağlı olmasına kimsədə şübhə yoxdur. Musavat.com -a görə 10 noyabr 2020-ci ildə imzalanmış üçlü sazişin 4-cü bəndinə əsasən, bu silahlılar Azərbaycan ərazilərindən, o cümlədən də Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və hər yerdən çıxarılmalıdır. Azərbaycan bunda israr edir, bütün formatlarda bu məsləni qaldırır və görünən budur ki, bu israrın nəticələri vardır. Ermənistana bağlı silahlılar məhz 10 noyabrda imzalanmış saziş əsasında Azərbaycandan çıxmalı, onların yerinə Rusiya sülhməramlıları dinc erməni əhalisini qorumalıdır. Proses bu sonluğa doğru başlayıb.

Bundan sonra da məlumdur: ilk növbədə Ağdərə - Kəlbəcər yolu açılacaq, daha sonra Xankəndinə Azərbaycan əhalisi (Xankəndindən qaçqın düşənlər) qaytarılacaq, daha sonra ...qarışıq əhali yaşayan məntəqələrdə Azərbaycan polis idarələri qurulacaq, orada fəaliyyət göstərmək üçün yerli ermənilər işə alınacaq və s...

OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...