Rusiya beynəlxalq internet şəbəkəsindən ayrıla bilərmi? – Medvedyevin sensasion bəyanatı və milyardlarla itki

15:29 / 01.02.2021
1345
"Təklif
reallaşarsa, Rusiya 100 milyard dollar itirəcək”.
Bunu
Sfera.az-a açıqlamasında Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri
Medvedyevin ölkəsinin beynəlxalq internet şəbəkəsindən ayrılması təklifini dəyərləndirərkən
internet-media eksperti Səbuhi Abbasov deyib.
Ekspertin
fikrincə, Medvedyevin həmin fikirləri siyasi məqsəd daşıyır:
"Rusiyada
uzun illərdir belə təkliflər səslənir.
Bu ölkə əsasən siyasi məqsədlərdən beynəlxalq internet şəbəkəsindən
ayrılmağı düşünür. Kreml çalışır ki, ölkədə ictimai-siyasi proseslərin idarə
olunması, təzyiq alətinin tətbiqi üçün sosial şəbəkələrin, beynəlxalq internet
informasiya mərkəzlərinin Rusiyada nümayəndəlikləri açılsın. Amma belə bir
mexanizm yoxdur”.
Ekspert
hesab edir ki, Medvedyevin sözügedən təklifi ən azından ölkəsinin iqtisadi
durumu baxımından reallaşa bilməz: "Rusiyanın bu istəyi sırf iqtisadi səbəbdən
mümkün deyil. İdeyanın reallaşması üçün ölkədə mühit formalaşmayıb. Pandemiya dövründə Rusiya iqtisadiyyatının əhəmiyyətli
hissəsi onlayn platformaya keçib”.
Texniki
və nəzəri baxımdan Medvedyevin arzusu real görünsə də Rusiya üçün mümkünsüzdür:
"Rusiya üçün dünya internet şəbəkəsindən ayrılaraq, daxili şəbəkəni qurmağa uzun
illər, bəlkə də 10-15 il lazımdır. Hazırda isə Rusiya buna hazır deyil. Texniki
və iqtisadi baxımdan təklifin əsaslandırılması mümkünsüdür”.
S.
Abbasov düşünür ki, Medvedyevin beynəlxalq internet şəbəkəsindən ayrılmaq təklifi
reallaşarsa Rusiya 100 milyardlarla dollar itkiyə məruz qalacaq: "Bu isə Rusiya
büdcəsinin boşalması və iqtisadiyyatının
tamamilə sıradan çıxması ilə nəticələnəcək. Medvedyevin bu fikirləri sadəcə olaraq,
konkret auditoriyaya ünvanlanan xəbərdarlıq xarakterli açıqlamadır”.
Sfera.az