Rusiya beynəlxalq internet şəbəkəsindən ayrıla bilərmi? – Medvedyevin sensasion bəyanatı və milyardlarla itki

Rusiya beynəlxalq internet şəbəkəsindən ayrıla bilərmi? – Medvedyevin sensasion bəyanatı və milyardlarla itki
"Təklif reallaşarsa, Rusiya 100 milyard dollar itirəcək”.

Bunu Sfera.az-a açıqlamasında Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin ölkəsinin beynəlxalq internet şəbəkəsindən ayrılması təklifini dəyərləndirərkən internet-media eksperti Səbuhi Abbasov deyib.

Ekspertin fikrincə, Medvedyevin həmin fikirləri siyasi məqsəd daşıyır:

"Rusiyada uzun illərdir belə təkliflər səslənir.  Bu ölkə əsasən siyasi məqsədlərdən beynəlxalq internet şəbəkəsindən ayrılmağı düşünür. Kreml çalışır ki, ölkədə ictimai-siyasi proseslərin idarə olunması, təzyiq alətinin tətbiqi üçün sosial şəbəkələrin, beynəlxalq internet informasiya mərkəzlərinin Rusiyada nümayəndəlikləri açılsın. Amma belə bir mexanizm yoxdur”. 
 
Ekspert hesab edir ki, Medvedyevin sözügedən təklifi ən azından ölkəsinin iqtisadi durumu baxımından reallaşa bilməz: "Rusiyanın bu istəyi sırf iqtisadi səbəbdən mümkün deyil. İdeyanın reallaşması üçün ölkədə mühit formalaşmayıb.  Pandemiya dövründə Rusiya iqtisadiyyatının əhəmiyyətli hissəsi onlayn platformaya keçib”. 
 
Texniki və nəzəri baxımdan Medvedyevin arzusu real görünsə də Rusiya üçün mümkünsüzdür: "Rusiya üçün dünya internet şəbəkəsindən ayrılaraq, daxili şəbəkəni qurmağa uzun illər, bəlkə də 10-15 il lazımdır. Hazırda isə Rusiya buna hazır deyil. Texniki və iqtisadi baxımdan təklifin əsaslandırılması mümkünsüdür”.

S. Abbasov düşünür ki, Medvedyevin beynəlxalq internet şəbəkəsindən ayrılmaq təklifi reallaşarsa Rusiya 100 milyardlarla dollar itkiyə məruz qalacaq: "Bu isə Rusiya büdcəsinin boşalması və iqtisadiyyatının  tamamilə sıradan çıxması ilə nəticələnəcək.  Medvedyevin bu fikirləri sadəcə olaraq, konkret auditoriyaya ünvanlanan xəbərdarlıq xarakterli açıqlamadır”.

Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...