Azərbaycanlı futbolçu 26 yaşında karyerasını bitirir

Azərbaycanlı futbolçu 26 yaşında karyerasını bitirir
"Komanda axtarıram, tapa bilməsəm, karyeramı bitirəcəyəm. Mən də belə olmasını istəməzdim. Çempionatdakı komandaların yarısında oynamışam".

Sfera.az xəbər verir ki, bu fikirləri  açıqlamasında "Səbail" klubundan ayrılan Elgün Nəbiyev deyib.

26 yaşlı yarımmüdafiəçi hazırda Türkiyənin İstanbul şəhərində olduğunu söyləyib: "Bakıda olanda gözlədim, heç bir klubdan xəbər çıxmadı. Ona görə Türkiyədəyəm. Qonşu ölkənin bölgə klubları və aşağı liqa təmsilçilərinə keçmək üçün çalışacağam. O da alınmasa, futbolla vidalaşacağam".

Nəbiyev "Sabah"dan ayrılmaqla, səhv qərar qəbul etdiyini bildirib: "Sabah"dan "Sumqayıt"a icarəyə getməklə və daha sonra "Səbail"də transfer olmaqda yanlışlığa yol verdim. Fikirləşdim ki, "Səbail"də şans qazana bilərəm, bu da olmadı".

Qeyd edək ki, Elgün Nəbiyev "Səbail", "Zirə", "Sumqayıt" və "Sabah"ın formasını geyinib.
 
(report)

OXŞAR XƏBƏRLƏR

ATU-nun müəllimi vəfat etdi

Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda ATU-nun sosial şəbəkə hesablarında məlumat paylaşılıb....

Bakını təhqir edən nadan, mədəniyyətsiz AŞPA prezidenti... - XİN-dən sərt cavab

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun Alpha News qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları...

Donald Tramp Meksikanın Texas fermerlərindən su oğurladığını bildirib

ABŞ prezidenti Meksikanın Texasa 1,3 milyon akr-fut su borcu olduğunu və 1944-cü il Su Müqaviləsi ilə bağlı öhdəlikləri yerinə yetirmədiyi təqdirdə tariflər və ...

Adada köhnə boruları yoxlayarkən təsadüfən 17-ci əsrə aid pirat yuvası aşkar edilib - Foto

Aralıq dənizində uzun müddət yaşayış olmadığı hesab edilən Kolumbretes adalarında (İspaniya) qoruq işçiləri 16-17-ci əsrlərdə pirat bazasının mövcudluğunu göstə...

Niyə kişilər hündürdaban ayaqqabı geyinməyi dayandırdılar? - FOTO

Kişilərə hündürdaban ayaqqabı geyinməsini yaraşmaz hesab edirsiniz? O zaman keçmişə bir az daha yaxından baxmaq lazımdır. Çünki moda güclü yaddaşa malikdir və k...

Nazir onu müavin təyin etdi

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.   Sfera.az xəbər verir ki, bununla bağlı ə...