Vaksinasiya olunmayan müəllimlər dərsə buraxılmaya bilər – Təhsil Nazirliyindən açıqlama
11:59 / 01.02.2021
2131
Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən Azərbaycan
Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti
bərpa edilib.
Təhsil naziri Emin Əmrullayevin də bildirdiyi kimi,
koronavirusa qarşı 50 yaşdan yuxarı müəllimlər vaksinasiya olunacaq və bununla bağlı
siyahı artıq hazırdır.
Maraqlıdır, müəllimlər könüllülük prinsipi əsasında
həyata keçirilən vaksinasiyadan itmina edərsə, əyani şəkildə dərs keçməkdən məhrum
olacaq, ya belə bir məhdudiyyət yoxdur?
Mövzu ilə bağlı Sfera.az-a danışan Təhsil
Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov yaxın
vaxtlarda bununla bağlı rəsmi açıqlamanın olacağını bildirib:
"Vaksinasiya ilə bağlı qərar yalnız Təhsil
Nazirliyindən asılı deyil. Nazirlik bu məsələyə TƏBİB-lə birgə qərar verəcək.
Vaksinasiya olunmayan müəllimlərin mərhələli
şəkildə, ya digər formada dərs deməsi tibbi protokol hazırlandıqdan sonra bəlli
olacaq.
Sfera.az
Əzizə Zeynal