İki qonşu 108 qram kokainə görə polislə qaçdı-tutdu oynadı

Kriminal
11:26 / 01.02.2021
995
İspaniyanın Seqoviya şəhərində polislərlə iki narkotik alverçisi arasında qaçdı-tutdu yaşanıb.
Sfera.az xəbər verir ki, polis ani sürət dəyişiklikləri edən avtomobildən şübhələnərək onu izləməyə başlayıb. Saatlarla davam edən təqibdən sonra nəhayət həmin şəxslər saxlanılıb.
50 və 30 yaşlı iki qonşunun 108 qram kokain daşıdıqları məlum olub.
Hər iki şəxs həbs edilib.
Ülvi
Sfera.az