Səbinədən "Eurovision" təmsilçimizə atmaca
Müğənni Səbinə Babayeva "Eoruvision" mahnı müsabiqəsi haqqında fikirlərini bölüşüb.
Big.az xəbər verir ki, o, sosial şəbəkədə gələcək təmsilçilərə səslənib:
"Ötən gün müsabiqədən öncə İTV-də yayımlanan müsabiqə ilə bağlı verilişdə qonaq olduq. Proqram maraqlı alındı, həmkarlarımızla görüşüb, "Avroviziya" barədə fikirlərimizi bölüşdük, sonda "Ey Azərbaycan" mahnısını oxuduq, vətənə də uğur dilədik.
Müsabiqəyə getmək istəyən ifaçılara tövsiyəm budur ki, nə olur-olsun, başınızın üstündə Azərbaycan bayrağı olduğunu unutmayın. Siz oraya özünüzü yox, Azərbaycanı təmsil etməyə gedirsiniz. Bütün dünya sizi görür və Azərbaycanın siması siz olursunuz".
Xatırladaq ki, Səbinə Babayeva Azərbaycanı 2012-ci ildə Bakı şəhərində keçirilən 57-ci "Eurovision"da təmsil edib.