PSJ-nin futbolçusu oyun vaxtı qarət edildi

10:27 / 01.02.2021
941
Fransanın PSJ klubunun futbolçusu Mauro İkardinin evi qarət olunub.
Sfera.az-ın "LEquipe" nəşrinə istinadən məlumatına görə, oğurluq hadisəsi yanvarın 30-da gecə saatlarında baş verib. Soyğuncular evə pəncərədən daxil olublar.
Həmin gün PSJ Fransa çempionatının XXII turunda səfərdə "Loryan"la üz-üzə gəlib. 28 yaşlı hücumçunun evindən zinət əşyaları, saatlar və bəzi geyimlər götürülüb. İkardiyə 400 min avro məbləğində ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, PSJ "Loryan"a 2:3 hesabı ilə uduzub.