Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk təyinatları açıqlandı

22:56 / 31.01.2021
2173
Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk təyinatları müəyyənləşib.
Sfera.az saytının məlumatına görə, AFFA Hakimlər Komitəsi fevralın 1-də keçiriləcək iki matçın referilərini açıqlayıb.
"Sumqayıt” – "Səbail” qarşılaşmasında Rauf Cabarov iş başında olacaqsa, "Qarabağ”la "Qəbələ”nin duelini Rəvan Həmzəzadə idarə edəcək.
Azərbaycan kuboku
1/4 final
1 fevral (bazar ertəsi)
16:00. "Sumqayıt” – "Səbail”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Kapital Bank Arena”
18:00. "Qarabağ” – "Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu