Mark Zukerber “Apple” şirkətini məhkəməyə verir

Mark Zukerber “Apple” şirkətini məhkəməyə verir
Facebook və "Apple” şirkəti korporativ müharibəyə hazırlaşır.

Sfera.az bildirir ki, bu barədə "The Information” nəşri məlumat yayıb.

Məlumata görə, "Apple” şirkəti Facebook-u saxta xəbər təminatçısı adlandırır və istifadəçilərə qarşı casusluq etməkdə günahlandırır.

Mübahisələr "Apple”ın tətbiq etdiyi yeni gizlilik qaydalarından sonra başlayıb.

Məsələ burasındadır ki, mobil əməliyyat sisteminin yeni versiyası iOS 14 ilə "Apple” bütün tətbiqetmə sahiblərini hansı məlumatları topladıqları barədə tam məlumat açıqlamağı məcbur edir və həmçinin istifadəçilərdən fəaliyyətlərini izləmək üçün ayrıca icazə tələb etmələrini istəyir.

Başqa sözlə, Google və Facebook-un pul qazandığı reklamları hədəf alması çətinləşir.

Mark Zukerber hələ yayda "Apple”ın bu addımlarının yalnız böyük şirkətlərə deyil, eyni zamanda reklam verənlərə mənfi təsir edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

İndi isə məlumata görə, Facebook "Apple”a qarşı antitrest davası hazırlayır.

Üstəlik, iddialar yalnız gizlilik siyasətinə dair son yeniləmələrlə əlaqəli deyil.

"Apple” rəqabəti süni şəkildə məhdudlaşdırmaqda günahlandırılır. 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...