\"Beşiktaş\" keçmiş hücumçusunu geri qaytardı

18:00 / 31.01.2021
2579
Türkiyənin "Beşiktaş" klubu 3 il öncə İngiltərə "Everton"una 22,5 milyon avroya satdığı futbolçusu Cenk Tosunu icarə əsasında geri qaytarıb.
Sfera.az-ın məlumatına görə, 30 yaşlı hücumçu mövsümün sonunadək havayı icarəyə götürülüb. Üstəlik, Tosunun 1,5 milyon avro olan yarım illik təminat məbləğinin bir hissəsini "Everton" qarşılayacaq. O, "qara-qartallar"dan mövsümün sonunadək çıxışının əvəzi olaraq, 1 milyon avro alacaq.
Bu keçid Mario Mancukiç və Halkın transferi gerçəkləşmədikdən sonra həyata keçirilib. "Beşiktaş" Rusiya MOİK-inin də ciddi maraqlandığı forvardı geri qaytarmağı bacarıb.