Messi və \"Barselona\" arasında növbəti gərginlik: Klub bəyanat yaydı

16:39 / 31.01.2021
2324
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi gələcək taleyi ilə bağlı tezliklə açıqlama verəcək.
Sfera.az-ın "Caught Offside" nəşrinə istinadən məlumatına görə, bu, argentinalı hücumçunun əmək haqqısına dair "El Mundo"da dərc olunmuş informasiya ilə əlaqədardır. Həmin məqalədə bildirilir ki, Messi 2017-ci ildə 4 illik müqavilə imzalaması qarşılığında ümumilikdə 555 milyon avro qazanmalı imiş.
Bu informasiyanın mətbuata sızması "Barselona"nın kapitanını xeyli qəzəbləndirib. Klubun özü isə açıqlama yayaraq, müqavilənin KİV-də dərc olunmasından təəssüfləndiyini bildirib. Konfidensial sənədin dərcinə görə heç bir məsuliyyət daşımadığını bəyan edən Kataloniya təmsilçisinin rəhbərliyi dəyə biləcək zərərlə bağlı "El Mundo"ya qarşı hüquqi tədbirlər görəcəyini bəyan edib.