Azərbaycanın ən populyar futbol klubu açıqlandı

15:47 / 30.01.2021
1699
"Deportes&Finanzas” portalı 2020-ci ildə sosial şəbəkələrdə Avropanın ən populyar futbol klublarının reytinqini tərtib edib.
Sfera.az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqasının lideri "Qarabağ”ın da adı var. Ağdam təmsilçisi 2020-ci ildə sosial şəbəkədə məşhur olan yeganə Azərbaycan klubudur.
"Böyük beşlik” liqalarından İngiltərədə "Liverpul”, İspaniyada "Barselona”, İtaliyada "Yuventus”, Almaniyada "Bavariya”, Fransada isə PSJ öz rəqiblərini qabaqlayıb. Türkiyənin ən məşhuru isə "Qalatasaray”dır.