AVRO-2020: Türkiyəli azarkeşlər Bakıya gəlməyə bilər

14:54 / 30.01.2021
1267
UEFA AVRO-2020-də azarkeşlərin hərəkətini məhdudlaşdırmaq üçün sərt tədbirlər görməyi planlaşdırır.
Sfera.az "The Times" nəşrinə istinadən xəbər verir ki, Avropa çempionatının qrup mərhələsinin matçlarında yalnız oyunların keçiriləcəyi ölkələrdəki fanatlar iştirak edə bilərlər.
1/8 finaldan isə çox az sayda xarici tərəfdarın səyahətinə icazə veriləcəyi gözlənilir. Bu halda Türkiyə, İsveçrə və Uels azarkeşləri Bakıya gələ bilməyəcək.
Qərar təsdiqlənərsə, qitə futbol qurumu bilet alanların pulunu geri qaytarmalı və yenidən satış təşkil etməlidir.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.