Əgər qatıq suyu içsəniz…
18:47 / 15.05.2016
17956
Qatıq aldıqdan sonra kasada yığılan qatığın suyun atırsınızsa bu xasiyyətinizdən dərhal imtina edin. Çünki qatıq suyu sağlamlığa çox faydalıdır
Sfera.az qatıq suyunun inanılmaz faydalarını təqdim edir:
Qatıq suyu arıqladır
Kalsium, zülal və B6 zəngini olan qatıq suyu, toxluq hissi yaradır və çəki atmanıza yardım edir.
Qatıq suyu qəbizliyə yaxşı təsir edir
Faydalı bakteriyalar yaradan qatıq suyu bağırsaq florasını tarazlaşdırır və qəbizliyin qarşısını alır.
Qatıq suyu yorğunluğu aradan qaldırır
Kilo atmanıza yaxşı təsir etdiyindən tiroid əlamətlərini yüngülləşdirir və yorğunluğu aradan qaldırır.
Qatıq suyu qan şəkərini tarazlaşdırır
Xüsusilə şəkər xəstəsi olanlar və insulin problemi yaşayanlar üçün qatıq suyu qan şəkərini normallaşdırdığı üçün faydalıdır.
Qatıq suyu dəri ləkələrinə yaxşı təsir edir
Dəridəki ləkələrə qarşı qatıq suyu ilə hazırlanmış maskalar tətbiq edə bilərsiniz.
Qatıq suyu böyrək daşını təmizləyir
Böyrək daşı və ya qum problemi olanlar hər gün qatıq suyu içə bilər. Qatıq suyu böyrəkləri təmizləyir.