Mehdiyevlərin ortağı bu gün məhkəməyə çıxarılacaq

Mehdiyevlərin ortağı bu gün məhkəməyə çıxarılacaq
Dünən Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan "Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovla bağlı bu gün məhkəmə qərar verəcək.
 
Sfera.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, R.Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb.
 
R. Məmmədovun yanvarın 28-i təxminən saat 17 radələrində saxlanıldığı bildirilir. O, DTX-də saxlanılır və bu gün saxlanılmasının 48 saatı tamam olma ərəfəsində məhkəmənin onun barəsində həbs qətimkan tədbiri seçməsi gözlənilir.
 
Rasim Məmmədov biznes ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb. Qohumlar iddia ediblər ki, ortaqları Rasim Məmmədov onların birinin 4 milyon, digərinin 3,5 milyon dollar vəsaitini mənimsəyib.

 
 
 
 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...