Portuqaliyada evtanaziyaya icazə verildi

Dünya
23:59 / 29.01.2021
2192
Portuqaliya parlamenti ölkədə evtanaziyaya icazə verən qanun layihəsini təsdiqləyib.
Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, səsvermə zamanı 136 deputat layihənin lehinə, 78 nəfər əleyhinə səs verib, 4 nəfər isə bitərəf qalıb.
Qanun layihəsinə əsasən, evtanaziya yetkinlik yaşına çatmış pasiyentin son dərəcə əzablı, sağalmaz travma ilə və ya sağalmaz ölümcül xəstəliklə müraciət etdiyi halda, səhiyyə mütəxəssisləri tərəfindən həyata keçiriləcək.
Prosedur dövlət tibb müəssisələri ilə yanaşı özəl xəstəxanalarda da tətbiq olunacaq.