Paşinyana Şuşa barədə sual verən jurnalist hücuma məruz qaldı - FOTO

Paşinyana Şuşa barədə sual verən jurnalist hücuma məruz qaldı - FOTO
Bu gün Ermənistanın "Yerkir.am” saytının müxbiri Liana Sarkisyan əlində Şuşa ilə bağlı şüar yazılmış plakatla hökumət binasının qarşısına gəlib.

Sfera.az xəbər verir ki, jurnalist baş nazir Nikol Paşinyandan dünən ona ünvanladığı suala cavab gözlədiyini bildirib.
Həmin vaxt Paşinyanın tərəfdarları hökumət binasının yanında olublar. Onlardan biri plakatı jurnalistin əlindən alaraq cırıb.

Xatırladaq ki, dünən erməni jurnalist Yerablur hərbi panteonunda Nikol Paşinyana Şuşanın Azərbaycana aid olmasına dair sual verib. Baş nazir "şəxsən mənə kağız üzərində bu sitatı gətirərsən və canlı şəkildə cavab verəcəyəm”,- deyə jurnalistə bildirib.

Bu gün jurnalist Liana Sarkisyan hökumət binasının qarşısına gələrək Paşinyandan cavab almağa çalışıb. Lakin o, baş nazirin tərəfdarlarının hücumuna məruz qalıb. (Azvizion.az)



OXŞAR XƏBƏRLƏR

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...