Nikol Paşinyanın tərəfdarları qadın jurnalistə hücum çəkdi - FOTO

Nikol Paşinyanın tərəfdarları qadın jurnalistə hücum çəkdi - FOTO
Jurnalist Liya Sarkisyan hökumət binasının qarşısında piket keçirib.

Sfera.az  "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, jurnalistin aksiya keçirməsinə səbəb ötən gün baş nazirlə aralarında baş verən mübahisə olub.

Belə ki, yanvarın 28-də N.Paşinyan "Erablur” xiyabanına ziyarəti zamanı L.Sarkisyanın "Sizcə Şuşa Azərbaycan şəhəridir?” sualına belə cavab verib: "Mən bunu harada demişəm? Əgər bu fikri sözbəsöz yazılı şəkildə çatdıra bilərsinizsə, mən canlı yayımda sizin sorğunuza cavab verəcəyəm”.

Söz altında qalmayan jurnalist hökumət binası qarşısına baş nazirin Şuşa barədə dediyi fikirləri əks etdirən plakatla çıxıb.

Bununla belə, nümayiş uzun çəkməyib. Paşinyanın tərəfdarları qadına hücum edib və plakatı əlindən alaraq parçalayıblar.

"Sputnik”in erməni bürosunun teleqram kanalı isə olayı belə şərh edib: "Ən yaxşı müdafiə hücumdur”.


OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...